Maraqlı

Vikipediya elmə dəstəkdir

26 Sentyabr 2017 08:41
0 Şərh     Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Massaçusets Texnologiya İnstitutu və Pittsburq Universitetinin alimlərinin qənaətincə, elmi işlərdə tez-tez "Vikipediya" onlayn ensiklopediyasındakı məqalələrə istinadlar qoyulur və bu təcrübə elm üçün faydalıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər araşdırma zamanı aspirantlara "Vikipediya"  onlyan ensiklopediyasında yerləşdirilməmiş bir neçə elmi məqalə hazırlamağı tapşırıblar. Hazırlanmış məqalələrin yarısı onlayn ensiklopediyada dərc edilib. Bir müddətdən sonra məlum olub ki, "Vikipediya" onlayn ensiklopediyasına yüklənmiş məqalələr başqa alimlərin elmi işlərində istifadə edilib və onlara istinadlar qoyulub.

"Nəticələr onu göstərir ki, elmi məqalələrin əlçatan mənbələrdə nəşri elmin irəliləyişi üçün effektiv üsuldur. Bu, ənənəvi elmi informasiya mənbələrinə girişə malik olmayanlar üçün xüsusilə faydalıdır" - araşdırma müəllifləri bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.