Maraqlı

Doğum evində biabırçılıq: iki tibb bacısı körpələrlə "rəqs" etdilər - VİDEO - FOTO

20 Sentyabr 2017 13:08
4 Şərh     Baxış: 4 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hospitalın doğuş bölməsində çalışan iki tibb bacısı yeni dünyaya gəlmiş körpələrin əllərindən turaraq onları "rəqs" etdiriblər və videogörüntünü Snapchat-da paylaşıblar.

Video yayılandan sonra milyonlarla dəfə izlənilib və çox böyük qalmaqala səbəb olub.

Milli.Az NBC-yə istinadən bildirir ki, olay ABŞ Hərbi-Dəniz Qüvvələrinin Ceksonvill şəhərindəki (Florida ştatı) hospitalında yaşanıb.

Tibb bacılarından biri körpənin əllərindən tutaraq 50 Cent-in "İn Da Club" mahnısının sədaları altında onu "rəqs etdirib".

Digəri isə barmağı ilə əxlaqsız jest edib, bu jestin fotosunu çəkib və "Bu şeytanlara münasibətim" yazısı ilə paylaşıb.

Video və foto sosial şəbəkələrdə yayılandan sonra tibb bacıları işdən qovulublar.

Onlarla bağlı araşdırma başlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Doğum evində biabırçılıq: iki tibb bacısı körpələrlə

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.