Maraqlı

Polis zabitləri məsciddə tərbiyəsizlik etdilər - VİDEO - FOTO

19 Sentyabr 2017 11:19
4 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çıxın bayıra! Dərhal! Tərk edin buranı!

Məsciddə namazı yarımçıq saxlanan müsəlmanlar hiddətlənmişdilər. Onlar məscidə soxulan polis zabitlərinin üzərinə yeriyərək onlardan dərhal çölə çıxmalarını tələb ediblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Bekinhemşir qraflığında, Hay-Uikomb şəhərindəki Taunfild məscidində yaşanıb.

Məscidin həyətində radikal sağçıların və neonasistlərin müsəlmanlara hücum etməyə hazırlaşması barədə məlumat alan polis əməkdaşları dərhal hadisə yerinə gəlmişdilər.

Onlar az sonra məscidə daxil olublar.

Ayaqqabılarını çıxarmadan.

Bəlli, məscidə ayaqqabılı girmək müsəlmanlara və İslama ən böyük sayğısızlıqlardan biri sayılır.

Məsciddəki müsəlmanlar sinirləniblər. Polis zabitləri isə onlara qışqırıblar, "Aqressivlik etməyin!" bağırıblar.

Uikomb İslam Missiyasının rəhbəri Zəfər İqbalın dediyinə görə, məsciddəki 400-500 müsəlmana qarşı sayğısızlıq edən polislərlə bağlı araşdırma aparılmalıdır.

Polis idarəsi isə zabitlərin heç bir qaydanı pozmadıqlarını bəyan edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Polis zabitləri məsciddə tərbiyəsizlik etdilər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.