Maraqlı

Bozun 50 çaları Moda Həftələrini fəth etdi - Mövsümün istək obyekti - FOTO

13 Sentyabr 2017 21:36
0 Şərh     Baxış: 426

Boz rəngli kostyumluq parça bütün dəb həftələrini fəth edib.

Biz öyrənmişik ki, ziyafət libasları rəngərəng və parıltılı, gündəlik qış geyimləri isə qara və boz çalarlarda olsun. Lakin bu il əskinə olacaq. Mariya Qrasiya Kyurinin sayəsində payızın əsas kutyur rəngi bozdur. Dizaynerin "Christian Dior" moda evi üçün hazırladığı kutyur kolleksiyası demək olar ki, başdan ayağa boz rənglərədn ibarətdir.

Milli.Az xəbər verir ki, fransız evinin irsinə müraciət göz qabağındadır. Bu kolleksiyalarda maestro Diorun yun geyimləri, qalın yubkalar və belin incəliyini vurğulayan jaketlər üstünlük təşkil edib.

Karl Lagerfeld də kuturyedə boz reinkarnasiya ideyasını dəstəkləyib. "Chanel" moda evinin dizayneri öz növbəsində payız və qış üçün hazırladığı kolleksiyasında boz tvid kostyumlara geniş yer verib. Yeri gəlmişkən qeyd edək ki, Karl Lagerfeld ilk dəfədir belə konsentrasiyada dəstlər təqdim edərək moda evinin daimi alıcılarını təəccübləndirə bilib.

Rusiyalı dizayner Ulyana Serqeyenko isə bozun darıxdırıcı təsirini 1940-cı ildə dəbdə olan krujevalı applikasiyalar və xəz bəzəklərlə azaldıb.

Bununla belə onu da qeyd etmək lazımdır ki, yüksək moda nümayişi ilə bərabər demokratik moda evləri də bozun 50 çalarına biganə qalmayıb.

Belə deyirlər ki, boz fransız rəngidir. Təvazökar parisli xanımlar onu sevir. Fransanın birinci xanımı Bricit Makron "Dior"un irsinə həsr olunmuş ən böyük sərgiyə boz bleyzerdə təşrif buyurmuşdu.

Odur ki, siz də qarderobunuza boz rəngli yun yubka, şalvar və pencək əlavə etməyə tələsin və onları layiqli şəkildə üzərinizdə nümayiş etdirin. Lakin yadınızda saxlayın ki, başdan ayağa boz geyinməyə qərar vermisinizsə, makiyaja etinasız yanaşmaq yolverilməz səhv hesab olunur. Çünki bozun fonunda solğun sima heç kimə yaxşı təsir bağışlamır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.