Maraqlı

31 il sonra yenə müəmmalı cinayət - Dənizdən tapılan başsız qadın gövdəsi - FOTO

24 Avqust 2017 11:43
0 Şərh     Baxış: 4 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkada polis 1986-cı ildə törədilən cinayətin üstü açılmamış cinayətlə bağlı araşdırma aparır.

Milli.Az "Dailymail"ə istinadla bildirir ki, bir neçə gün əvvəl Danimarkanın paytaxtı Kopenhagendə, Koge Bay limanında başsız və əl-ayaqsız insan gövdəsi tapılıb. Dünən onun isveçli jurnalist Kim Valla aid olduğu təsdiq edilib. 

Kim Vall 30 yaşlı müstəqil jurnalist olub. O, "The Guardian", "The New York Times" qəzetləri üçün çalışıb. 

Kim Vall avqust ayından etibarən axtarışda idi. O, axırıncı dəfə danimarkalı ixtiraçı Peter Madsen ilə sualtı qayıqda görüşüb.

İxtiraçı Kimin yoxa çıxmasından sonra onun ölümündə şübhəli bilindiyinə görə tutulub.

46 yaşlı sahibkar, rəssam, sualtı qayıq qurucusu və aviasiya mühəndisi Madsen isə jurnalisti öldürmək barədə deyilənləri qəbul etmir.

1986-cı ildə də belə bir hadisə baş verib. Araşdırma aparan xəfiyyə açıqlamasında bildirib ki, 1986-cı ildə Kopenhagen limanında yapon qadının gövdəsi tapılıb. Onun kimliyini müəyyən etmək 8 ay vaxt alıb və onun turist Toyonaqaya aid olduğu bilinib. Həmin vaxt isə Madsenin 15 yaşı olub. Toyonaqanın qatili isə indiyə qədər tapılmayıb.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.