Maraqlı

67 yaşlı qadının gözlərindən 27 linza çıxarılıb

25 İyul 2017 20:22
0 Şərh     Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin Solihal Xəstəxanasının cərrahları katarakta cərrahiyyəsi üçün müraciət etmiş 67 yaşlı qadının gözlərindən əməliyyat zamanı 27 kontakt linza çıxarıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 35 ildir linzadan istifadə etdiyini söyləyən qadın bu vaxtadək gözlərində heç bir qıcıqlanmanın olmadığını deyib. O, linzaların cərrahi üsulla çıxarılmasından sonra gözlərindəki müsbət dəyişikliyi hiss etdiyini bildirib.

Oftalmoloqlar əvvəllər bu cür hadisə ilə qarşılaşmadıqlarını söyləyiblər. Onları ən çox təəccübləndirən yaşlı qadının bu vaxtadək gözündə ağrı və ya hər hansı rahatsızlıq hiss etməməsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.