Maraqlı

Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO

21 İyul 2017 20:37
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uels şahzadəsi Diananın musiqi kasetlərindən balet ayaqqabılarına qədər, onlarla şəxsi əşyası sərgiyə çıxarılacaq.

Milli.Az xəbər verir ki, bu sərgi şahzadənin ölümünün 20-ci ili şərəfinə təşkil edilib.

1997-ci ildə Parisdə avtomobil qəzasında dünyasını dəyişən Diananın nadir əşyaları xalqa açıq şəkildə sərgilənəcək.

Sərgidə şahzadənin oğlanları Harri və Villiamla birlikdə çəkdirdiyi şəkillərdən ibarət çox özəl bir kolleksiya da yer alacaq.

Diananın musiqiyə olan bağlılığını anladan, aralarında Diana Ross, Elton Con, Lionel Riççi kimi məşhurların albomları olan kaset kolleksiyası sərginin ən önəmli parçalarından olacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.