Maraqlı

Fatih Terimlə kürəkənləri restorana basqın etdi - işə polis qarışdı

15 İyul 2017 20:12
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə kürəkənləri restoranlardan birinə basqın edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar Yüzevlər adlı restoranın sahibini və 5 nəfər işçisini döyüblər. Üstəlik stol-stullar qırılıb, yumruq davası çıxıb. Yaralılar polisə şikayət ərizəsi yazıblar.

Dava isə "Yüzevlər"lə qonşuluqda yerləşən "Beeves" restoranının sahibi, Fatih Terimin kürəkəni Ahmet Baran Çetinin iki məkan arasına həsir sədd çəkməsindən sonra başlayıb. Bu səbəbdən bələdiyyəyə şikayət edilib və Çetin şikayətçinin "Yüzevlər"in sahibi Selahattin Aydoğdu olduğunu düşünüb. Terim Aydoğdudan şikayət etməsinin səbəbini soruşduqda qarşı tərəf "Mən etməmişəm. Amma sizdən də qorxum yoxdur" cavabını verib. Bu sözlərdən əsəbiləşən Terimlə kürəkənləri "Yüzevler"ə hücum edib.
 
Aydoğdu tərəfindən polisə şikayət edildikdən sonra Fatih Terimin adamları ondan şikayətini geri çəkməsini tələb ediblər. Amma restoran sahibi geri addım atmaq niyyətində olmadığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.