Maraqlı

"Həyatımda içki, sevgi, seks yoxdur..." - FOTO

29 İyun 2017 22:09
3 Şərh     Baxış: 3 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

3 ildir Phuket adasına köçüb yaşayan aktrisa Leyla Bilginel Bodrumda görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Leyla jurnalistlərə müsahibə verib.

Sperma bankından uşaq sahibi olan Bilginel həyatından məmnun olduğunu bildirib:

"Phuketdə sadəcə 30 kvadratlıq bir evdə yaşayıram. Nə qabyuyan, nə paltaryuyan maşınım, nə də televizorum var. Paltarları əlimdə yuyuram, ya da təpikləyirəm. Amma belə də xoşbəxtəm. Stressdən, əsəbdən uzağam. Bütün vaxtımı oğluma sərf edirəm".
 
Ərə getməsi ilə bağlı xəbərlərə Leyla belə cavab verib:

"Uzun müddətdir İstanbulla Phuket adası arasında qalmışam. Ərə getdiyimi düşünürlər. Bu vaxtdan sonra nə ərə gedəcəm, nə də uşaq doğacam. Keçmiş həyatımı azdan-çoxdan bilirsiniz. Əyləncəni sevən biri idim. İndi isə həyatımda içki, sevgi, sevgili, seks...heç nə yoxdur ".

Aktrisa gələcək planlarından da danışıb. O, 40 yaşından sonra oğlu ilə birgə dünya səyahətinə çıxmaq və yoxsulluq içərisində olan uşaqlara kömək etmək niyyətindədir. Leyla yazdığı kitabdan gələn pulları da onun üçün topladığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.