Maraqlı

Milyarder əvvəlcə qəsrini yandırdı, sonra intihar etdi - FOTO

20 İyun 2017 12:24
0 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

69 yaşlı avstriyalı milyarder Mixael Treyhl iki ay əvvəl İngiltərənin Dorset qraflığındakı Parnem Haus qəsrinə od vurub yandırmışdı.

Buna görə polisə çağırılan və ittiham almadan azad edilən milyarder intihar edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məşhur bankir, investisiya korporasiyasının sahibi olan milyarderin mətbuat katibinin dediyinə görə, Mixael Treyhl son vaxtlar ağır depressiyada idi.

16-cı əsrdə inşa olunmuş Parnem-Haus qəsrinin dəyəri 15 milyon funt-sterlinq idi.

Bu bina Britaniyadakı ən dəyərli və məşhur tarixi tikililərdən biri idi.

2001-ci ildə Vyananı tərk etmiş Treyhl Britaniyada məskunlaşmış, maliyyə və investisiya əməliyyatları üçün mərkəz seçmişdi.

O, 17 yaşlı Maks, 15 yaşlı Şarlotta, 21 yaşlı Karlo və 26 yaşlı Sofiya adlı dörd övladın atası idi.

İddialara görə, onun sahib olduğu investisiya şirkətlərinin və hec-fondların fəaliyyətində ciddi problemlər yarandığından o, adət etdiyi, alışdığı dəbdəbəli həyat tərzindən məhrum olacağını düşünürdü.

M.Treyhl yandırdığı qəsri 2001-ci ildə Britaniyanın məşhur mebel dizayneri Con Meykpisdən satın almışdı.

Dorset, Devon və Kornuoll qraflığındakı tarixi binaların müfəttişi Seymon Hikmanın dediyinə görə, Parnhem-Haus xüsusi önəmli bina olduğundan o bərpa ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.