Maraqlı

Portuqaliyada meşələr kül olur: 61 ölü - VİDEO - FOTO

19 İyun 2017 13:19
0 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyada ölkə tarixinin ən güclü meşə yanğınlarından biri yaşanır.

Yanğınlarda həlak olanların sayı artıq 61-ə çatıb. Ölənlər arasında üç uşaq var.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, yanğınlar Eştremadura vilayətindəki Leyriya bölgəsində tüğyan edir.

Portuqaliyanın daxili işlər naziri Konştansa Urbana di Souzanın dediyinə görə, hazırda yanğının 4 ocağı aktivdir.

Pedroqan-Qrandi və Fiqeyru-duş-Vinyuş bələdiyyələrində iki qəsəbə də təlxiyə olunub.

Pedroqan-Qrandinin meri Valdemar Antunişin dediyinə görə, qəsəbənin ətrafındakı meşəliyin 95 faizi yanıb kül olub.

İlkin məlumatlara görə, yanğına səbəb meşədə ağacı ildırım vurmasıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Portuqaliyada meşələr kül olur: 61 ölü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.