Maraqlı

"Ağıllı ev"lər üçün sensorlar artır

13 Aprel 2017 07:31
0 Şərh     Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Analitiklərin proqnozuna görə, 5 il ərzində "ağıllı" evlər üçün sensorlar yaşayış binalarına xidmət göstərilməsini və məişət sistemlərinin idarəetməsinə yanaşmanı kökündən dəyişdirəcək.

Milli.Az ICTnews-a  istinadən bildirir ki, "ağıllı" evlər üçün texnologiyalar kütləvi bazarda daha da populyarlaşır. "J'son & Partners Consulting" şirkəti bunu şəxsi və ailə təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin vəsaitlərə ciddi qənaətlə izah edir.

"ABI Research" şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2022-ci ilədək "ağıllı" evlər üçün qurulmuş sensorların ümumi sayı 4,5 milyarda yaxınlaşacaq. Belə sensorlar enerji resurslarından daha səmərəli istifadəyə, həmçinin su, elektrik enerjisi və qaz sərfiyyatını yüksək dəqiqliklə ölçməyə imkan verəcək.

"Ağıllı" qurğu istehsalçıları öz həllərini kütləvi bazarda tanıtmaq üçün böyük səy göstərirlər. Onlar istehlakçıların təkliflərini nəzərə alaraq təhlükəsizlik, işıqlandırma və iqlim sistemləri sahəsində innovasiyalarla bağlı ən zəruri texnologiyaları hazırlamağa çalışırlar. "Ağıllı" evlər sahəsində əsas məsələ müxtəlif qurğular üçün vahid iş standartlarının yaradılmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.