Maraqlı

Milyonluq zinət əşyaları ilə MƏST EDƏN GÖZƏLLƏR - FOTO

11 Yanvar 2017 21:45
3 Şərh     Baxış: 1 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los-Ancelesdə 44-cü dəfə "Qızıl Qlobus" kino mükafatlarının təqdimetmə mərasiminin keçirildiyi haqqında xəbər vermişdik.

Milli.Az publika.az-a istinadən qırmızı xalıda "Bvlgari", "Lorraine Schwartz", "Harry Winston", "Cartier", "Tiffany & Co.", "Piaget", "Repossi" kimi zərgərlik evlərinin milyon dollarlıq zinət əşyaları parlayan Hollivud gözəllərilə tanış edir.

Hətta "Qızıl qlobus" kimi nüfuzlu mükafatların təqdimat mərasimində bütün diqqətlər aktrisaların obrazlarına yönəlir. Ayıq-sayıq fotoqraflar Hollivud gözəllərinin bahalı bəzək əşyalarını xüsusi olaraq çəkir. Axı onlar bu mərasimə aylar öncədən ciddi cəhdlə hazırlaşır.

Ulduzların hər birinin obrazına ayrı-ayrılıqda nəzər salsaq, görərik ki, onlar üstünlüyü iri bəzək əşyalarına veriblər. Məsələn, açıq sinə dekoltesini iri sırğalar sayəsində tamamlayıblar. Həcmli sırğalar hərəkətli işıqların altında möhtəşəm effekt yaradır. Komplekt zinət əşyalarından imtina ediblər, çünki stilistlər bildirir ki, sırğa, üzük və boyunbağının dəst olması vacib deyil. Üstəlik, artıq belə zinət əşyalarını taxmaq dəb deyil.

Yeri gəlmişkən onu da qeyd edək ki, Monika Belluççinin, Nikol Kidmanın, Haydi Klumun, Emili Ratajovskin, Sinea Milleri, Natali Portmanı və digərlərinin ziyafət libaslarını iri əlvan daşlar, mirvari, iri metallar, zümrüd və almazlar bəzəyib.

Olivye Kalpo - sırğalar "Lorraine Schwartz"

Natali Portman - sırğalar "Tiffany & Co"

Monika Belluççi - boyunbağı "Cartier"

Sienna Miller - boyunbağı və sırğalar "Tiffany & Co"

Zoe Sandali - sırğalar "Bvlgari"

Priyanka Çopra - boyunbağı "Lorraine Schwartz"

Dryu Berrimor - üzüklər "Harry Winston"

Harry Winston

Emma Stoun - boyunbağı "Tiffany & Co"

Emili Ratajovski - sırğalar " H.Stern"

Cessika Cesteyn - boyunbağı "Piaget"

Felisti Cons - sırğalar "Chanel"

Skarlett Stalonne - boyunbağı "Messika"

Sofiya Verqara - sırğalar "Lorraine Schwartz"

Kristen Bel - sırğalar "Harry Winston"

Riz Uizperspun - boyunbağı "Tiffany & Co"

Mendi Mur - sırğalar "Neil Lane"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.