Maraqlı

Fransanın ən dadlı təamları - SİYAHI - FOTO

2 Dekabr 2016 07:28
5 Şərh     Baxış: 3 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən Fransada məşhur olan 4 təam haqqında məlumat verir:

1. Soğan şorbası - əfsanəyə görə, ilk soğan şorbasını Fransa kralı Ludoviq XV özü hazırlayıb. Belə ki, bir gecə öz ovçu evində qalarkən kral acıb, lakin evdə yağ, soğan və şampandan başqa heç nə tapmayıb. Nəticədə o, əlində olan ərzaqları qarışdırıb və ilk soğan şorbası meydna gəlib.

2. Qırmızı şərabda bişmiş xoruz - bu yemək, əsasən, Milad bayramında hazırlanır. Bunun üçün xoruz və qırmızı şərab tələb olunur. Xoruzu ənənəvi fransız baqeti ilə birgə yeyirlər.

3. Fua-qra - Fransada fua-qranın hazırlanması milli qanunla tənzimlənir. Ördəyin yağlı qaraciyəri ölkənin mədəni və qastronomik irsinə aiddir.

4. Krep (fransız blinçikləri) - indi Fransada elə bil region yoxdur ki, orada krep təklif edən restoran olmasın. Ənənəvi olaraq, yerli kreplər xüsusi gündə - "Krep günü"ndə yeyilir. Fransada belə bir inanc var ki, krep bişirərkən sol əlinizdə qızıl sikkə saxlayaraq, sağ əlinizlə tavada olan krepi göyə atıb tutsanız, gələn il mütləq varlanacaqsınız.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.