Azərbaycanlı milyarder-oliqarxın 17 yaşlı oğlunun maşınları və model sevgilisi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişovun 17 yaşlı oğlu Rusiyanın maqazin mediasının ulduzuna çevrilir. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, yeniyetmə Rasim Məmişov piterli model Polina Smirnova ilə sevgilidir və fotolarını özünün İnstagram səhifəsindən paylaşıb.
Life.ru yazır ki, 18 yaşlı Polina Smirnova bu yaxınlara qədər dizayner Ulyana Sergeyevnanın qardaşı Aleksandrla birlikdə idi. 2015-ci ilin sonlarında "Tatlet" jurnalı onları Moskvanın yeni elit cütlükləri siyahısına daxil etmişdi. Lakin bir il sonra cütlük ayrılıb. Əvəzində Polinanın həyatına azərbaycanlı milyarder-oliqarxın varisi Rasim Məmişov daxil olub.
Özünə inamlı, gələcəyindən tam arxayın gənc məmuniyyətlə özünün dəbdəbəli həyatından fotoları sosial şəbəkələrdə paylaşır. Məlum olur ki, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 11-ci sinif şagirdi olan Rasimin kolleksiyasında artıq "Chevrolet Tahoe", "Mercedes Gelandewagen" və ağ rəngli "Audi R8" sportkarı var.
Rasimin sevgilisi də kasıb ailədən deyil. Polina Smirnova "Regional mehmanxana biznesi" şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası "Alma-mater"də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır.
Gənclər yay tətilinin bir qismini birlikdə keçiriblər. İtaliyanın Milan şəhərində onlar görməli yerləri, elit butikləri gəziblər. İtaliyada istirahətdən sonra Polina Yunanıstana, valideynlərinin yanına gedib, Rasim isə Bakıya, qohumlarının yanına gəlib. Ancaq cəmi bir ay sonra onlar Monakoda yenidən bir araya gəliblər. Cütlük Monte-Karlonun ən yaxşı restoranlarında çəkdirdikləri şəkilləri paylaşıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Balıq bazarında bahalaşma var - (Video)
XƏBƏR LENTİ
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)





