Maraqlı

Yalan danışan insanı necə tanımaq olar?

8 Avqust 2016 08:21
0 Şərh     Baxış: 4 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yalan danışan insanlarla hər yerdə qarşılaşmaq olar. Bəs yalan danışan insanları neçə müəyyən etmək olar?

Milli.Az atv.az-a istinadən bildirir ki, Avropanın aparıcı psixoloqları yalanı üzə çıxarmağın bir neçə üsulunu müəyyən ediblər. 

Psixoloqların fikrincə, sualdan qaçan insanın dodaqlarını çeynəməsi, danışarkən əllərini sinəyə söykəmək, üz və burun nahiyəsinə sürtmək kimi davranışları yalana dəlalət edir.

Qənaətə görə, sözü söyləyərkən barmaqlarını sıxan, ayaqlarını tez-tez oynadan, sualı təkrarladan, söhbət zamanı "amma" bağlayıcısını mütəmadı işlədən, gözlərin içinə baxaraq danışan insanlarla diqqətli olmaq məsləhət görülür.

Elm adamlarının araşdırmasında ən maraqlı üsul isə ondan ibarətdir ki, yalan danışan insanın burnunda isinmə əmələ gəlir. Bu səbəbdən yaxın adamın yalanını burnunu yoxlamaqla müəyyənləşdirmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.