Maraqlı

Futbolçudan sonra aktyor "qurban" oldu: "O fahişə hələ neçə ev yıxacaq!" - FOTO

14 Aprel 2011 12:36
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Guardian"a istinadən bildirir ki, Böyük Britaniyada "Mançester Yunayted" klubunun forvardı Ueyn Runinin arvadına xəyanəti ilə yenicə səngimiş qalmaqal bir daha "alovlanıb".

Runi ilə üç dəfə oteldə "eşq gecəsi" keçirdiyini  deyən Helen Vud dünən London məhkəməsində bildirib ki, onun daimi müştəriləri arasında məşhur futbolçu ilə yanaşı, Britaniyanın ən populyar aktyorlarından biri də olub.

"Eskort agentlik"də işləyən, yəni fahişəliklə məşğul olan 23 yaşlı Vudun dediyinə görə, onun "macəra"larında yaxın rəfiqəsi Cennifer Tompson da iştirak edib.
"Runi ilə Mançesterdəki beşulduzlu oteldə dəfələrlə görüşmüşük və bunun barəsində artıq yetərincə danışmışam. Amma görüşdüyüm aktyorun adını çəkmək istəməzdim", - Vud deyib.

Lakin hakimin təkidindən sonra o, aktyorun adını açıqlayıb.
Vudun sözlərinə görə, Runi təki, həmin aktyor da "eşq gecə"sinin hər birinə 1200 funt-sterlinq verib.

Ueyn Runinin arvadı Kolin isə bildirib ki, Helen Vud düynanın ən həyasız və əxlaqsız adamlarından biridir: "O fahişə hələ neçə ev yıxacaq! Məhkəmənin niyə bu adamı həbsxanaya salmamasına təəccüblənirəm".

Helen Vudun atası, universitetdə dərs deyən professor Stiven Vud isə qızının belə hərəkətlərinə və davranışına görə utandığını deyib.
"Qızım 16 yaşında olanda ailəmizi tərk etdi və elə həmin il 17 yaşlı bir elektrikdən uşaq doğdu. Sabiq arvadım Meri ilə ona Bostonda ev də almışdıq. Amma nə edəsən ki, qızım çox pis yol tutdu", - Stiven Vud deyib.

Milli.Az











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.