Maraqlı

Tısbağa "siam əkizi" dünyaya gətirdi - FOTO

11 Aprel 2011 18:06
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun 5 ayağı və 2 başı var

Milli.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu nadir görünüşlü tısbağa balasını tapan Roman Qresek Slovakiyada yaşayır. "Görünür ana tısbağa insanlardan geri qalmaq istəmir və belə bir əkizlərinin olması ilə bəlkə də fəxr edir, amma onu tapa bilməmişəm" deyə ikibaşlı yavruya təsafüən rast gələn Roman Qresek gülərək bunu əlavə edir: "Onlardan birini - başı bir qədər kiçik olanını Lenka, digərini Maqda adlandırmışam".

Artıq 8 həftəlik yaşlarına qədəm qoyan Maqda və Lena Romanın ovcunda sərbəst gəzə və ətraflarını problemsiz hərəkət etdirə bilir. Xüsusilə hər iki başın ortasında olan ayaq onlara qətiyyən mane olmur. Jurnalistlərə açıqlamasında Roman onu da əlavə edib ki, Maqda ilə Lenanın bəxti onda gətirib ki, onlar vəhşi təbiətdə dünyaya gəlməyiblər, yoxsa çoxdan tələf olardılar. Çünki onların iki başı var və təhlükə anında başını öz çanaqlarına heç cürə sığışdıra bilməyəcəkdilər.

Nurlan
Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.