Maraqlı

Ən böyük metro və ən uzun eskalator… - FOTOSESSIYA

5 Aprel 2011 18:21
Baxış: 8 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hazırda Nyu-Yorkda metro yolunun ümumi uzunluğu 1355 kilometrdir. Onun 1056 kilometrində sərnişin daşınır.
Nyu-York metropolitenində 469 stansiya var. Sutkada bu stansiyalardan 4 milyon sərnişin keçir. Gedişhaqqı 2 dollar 25 sentdir. Əgər gözdən yayınaraq içəri pulsuz keçmək istəsəniz və bu zaman ələ keçsəniz, cərimə olaraq 100 dollar ödəməli olacaqsınız. Nyu-Yorkda ilk yeraltı dəmir yolu 1870-ci ildə yaradılıb.
Bu siyahıda dünyada 2-ci, Avropada isə 1-ci metro Londondadır. Onun uzunluğu 405 kilometrdir. London metrosu 1 ildə 976 milyon sərnişinə xidmət edir.

Moskva metrosu isə əhatə etdiyi əraziyə görə dünyada ilk yerdə olmaqla yanaşı, həm də ən sürətli metrodur. Burada qatarlar saatda 120 kilometrədək sürət yığır. Yollarının ümumi uzunluğu 292,9 kilometr olan Moskva metrosu sutkada təxminən 9 milyon, ildə isə 3,2 milyard sərnişinə xidmət edir.

Dünyada ən uzun metro eskalatoru da Moskvada - "Park Pobedı" stansiyasındadır. Onun uzunluğu 126 metrdir.

Milli.Az



















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.