Maraqlı

Jurnalist: "O futbolçu məni zorlamaq istədi!" - FOTO

15 Fevral 2011 15:11
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı "Bucarescu.ro"ya istinadən bildirir ki, Rumıniyanın məşhur jurnalisti, açıq-saçıq fotosessiyaları ilə populyar olan Yoana Popesku təcavüzdən zorla qurtulduğunu deyib.

Onun sözlərinə görə, Buxarestin "Styaua" klubunda oynayan argentinalı legioner Pablo Brandanın hücumuna məruz qalıb.

"Argentinalı futbolçu ilə bir neçə il əvvəl məni Boqdan Maru tanış etmişdi. Boqdandan müsahibə almalıydım. Danışmaq üçün restorana getdik, sonra isə Boqdan məni mənzilinə dəvət etdi. Orada isə daha bir kişi vardı. Həmin şəxs sən demə, rumın dilində danışa bilməyən Pablo Brandanmış. Boqdan dedi ki, tələsir, sevgilisi onu gözləyir, - Popesku söyləyib. Beləcə, mənzildə Pablo ilə tək qaldıq. Bir qədər keçdi və o, məni yataq otağına apararaq zorlamaq istədi. Dediklərimə inanmırsınızsa, məni yalan detektorunda yoxlaya bilərsiniz".

Jurnalist xanımın dediyinə görə, qışqırıb müqavimət göstərdiyini görən Brandan ondan əl çəkib və üzr istəyib.

"Buna baxmayaraq, özümü dəhşətli dərəcədə pis hiss edirdim", - Popesku söyləyib.

Tural
Milli.Az





























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.