Maraqlı

Azərbaycanlının yeni icadı: velosipedə motor qoşdu

4 May 2015 21:14
2 Şərh     Baxış: 6 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ucar rayon sakini Ələmdar Qasımov motorlu velosipeddən istifadə edir. Onun motorundan çıxan səs ilk anda bizə motosikleti xatırlatsa da, bu, belə deyil. O, elə əsl velosipeddir, ancaq mühərrik sistemi olan velosiped. Ələmdar Qasımov miniyini digər bütün lazımi detallarla da təmin edib: "Motosikletin motorunu aldım. Gecə gəldim onu oturdum evdə fikirləşdim. Çox götür-qoy etdim, gördüm ki, qoymaq olar. Getdim, sonra da iki dənə xamıt düzəltdirdim. Xamıtları gətirib bağladım motorun paduşkalarına, bağladım velosipedin belinə".

Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, minik vasitəsi gün ərzində Ələmdar Qasımovun işlərinə, sözün əsl mənasında, yarayır. Elə bu velosiped vasitəsi ilə özünə lazım olan yerlərə də rahat şəkildə gedib-gələ bilir. Onun mühərrikini hərəkətə gətirən yanacaq isə benzindir. Səkkizpilləli sürət qutusu olan velosipedin 3 litr yarım yanacaq tutan benzin çəni də var. Onun sərf etdiyi yanacaq isə yolun vəziyyətindən asılı olaraq dəyişir: "Elə bil ki, 1 stəkan benzin tökəndə, sutkanın işini görürəm. İşimi aşırıram. 100 qram benzinlə haradasa 30-40 kilometr məsafəni rahat gedirəm".

Ələmdar Qasımov deyir ki, əgər təklif gələrsə, bu velosipeddən daha çox düzəldə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.