Maraqlı

Sağsağan tovuzluları çaşdırdı - FOTO

4 May 2015 12:02
0 Şərh     Baxış: 5 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
O, gözəlliyi ilə seçilsə də, rəngi kənd sakinlərində çaşqınlıq yaradıb

Tovuzun Azaflı kəndində 2 ilə yaxındır peyda olan ağ sağsağan hər kəsin marağına səbəb olub. Azaflı sakinləri bildirirlər ki, bir cüt olan bu quşlardan biri əsl sağsağan kimi ağ-qara olsa da, digəri tamamilə ağ rəngdədir.

Kəpəz TV (Region TV) xəbər verir ki, kənd qəbristanlığında qəbir daşlarının üzərinə qonan bu quşlar yayı-qışı məhz bu ərazidə məskunlaşırlar. Kəndlilər bildirirlər ki, sağsağanları qəbristanlıqdan uzaqlaşdırmağa çalışsalar da, onlar bir qədər uçub yenidən qəbir daşlarının üzərinə qonurlar.

Qeyd edək ki, sağsağan qarğakimilər fəsiləsinə daxil olduğundan onun ağ rənglisinə təbiətdə rast gəlinmir. Daha çox ağ-qara olan bu quşlar uzunömürlülüyü ilə seçilirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.