Maraqlı

Məşhur cütlük ayrıldı - FOTO

4 May 2015 10:25
0 Şərh     Baxış: 2 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsl adı Eldrik Tont Vuds olan amerikalı qolfçu Tayqer Vuds və məşhur dağ xizəkçisi, 2010-cu ildə Olimpiya çempionu titulu qazanmış Lindsi Vonn son iki ildən bəri davam edən münasibətlərinə son qoyublar.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 40 yaşlı Vuds olayla bağlı heç bir açıqlama verməyib.
 

31 yaşlı Lindsi Vonn isə Facebook-dakı səhifəsində yazıb: "Birlikdə keçirdiyimiz üç ildən sonra Tayqerlə qarşılıqlı razılaşma əsasında belə qərara gəldik ki, münasibətlərimizə son qoyaq. Bizi birləşdirən xatirələrin dəyərini həmişə biləcəyəm. Əfsuslar olsun ki, işlərimiz həddən ziyadə olduğundan vaxtımızın çoxunu ayrılıqda keçiririk. Tayqerə həmişə sayğım olacaq. O və gözəl ailəsi qəlbimdə həmişə xüsusi yer tutacaq".
 

Tayqer Vuds 2004-2010-cu illərdə Elin Nordeqrenlə nikahda olub. Həmin izdivaca qolfçunun iki övladı - Sem Aleksis Vuds Çarli Aksel Vuds doğulublar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.