Maraqlı

Toyota və BMW yeni model hazırlayacaqlar

22 Mart 2015 19:23
0 Şərh     Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yapon avtoistehsalçı Toyota rəsmi olaraq təsdiq edib ki, şirkətdə Almaniyanın BMW şirkəti mütəxəssisləri ilə birgə yeni sportkarın hazırlanması üzrə iş aparılır. Yeni avtomobil brendin model sırasında GT 86 modelindən aşağıda yerləşəcək. Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni modelin dünya premyerası 2017-ci ilə təyin edilib.

Məlumatlara görə, brendin idman avtomobilləri sırasının flaqmanı olacaq yeni Toyota sportkarı Supra adlandırılacaq. Avtomobilin kuzovu karbondan hazırlanacaq və o, hibrid güc qurğusu əldə edəcək. Yeni modelin eksteryeri daha çox dünya premyerası keçən il Detroyt avtosalonunda nümayiş etdirilmiş konseptual F-1 modelini təkrar edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.