8 mart qadınlar bayramının tarixi Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Belə ki, 1857-ci ilin martın 8-də Nyu-Yorkda tikiş fabrikində çalışan qadınlar boş qazan götürərək küçələrə çıxıb etiraz aksiyası keçiriblər. Onların əsas tələbi 16 saatlıq iş gününün azaldılması, əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması olub. Digər mənbələrdə bu hadisə öz təsdiqini tapmasa da dünya ölkələri 8 mart gününü qadınlar bayramı kimi qeyd edir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, Fransada 8 mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir. "Nənələr bayramı" adlandırılan bu gündə bəylər öz xanımlarını hədiyyələrlə sevindirirlər.
İsveçdə qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür.
İtaliyada xanımlar öz bayramlarını xüsusi təntənə ilə keçirirlər. Belə ki, italiyalı xanımlar 8 mart günü axşama qədər kişiləri özlərinə yaxın buraxmırlar. Onlar müxtəlif əyləncə məkanlarında yaxşıca istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı barlara təşrif buyururlar. Həmin gün barlara giriş xanımlar üçün pulsuz olur.
Yunanstanda "Babos" adlandırılan qadınlar bayramında gün ərzində bütün külli-ixtiyar xanımlara verilir. Ənənəyə görə bayram günündə müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.
Çində 8 mart qadınlar bayramı daha maraqlı qeyd olunur. Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün mətbəx işləri, ən başlıcası isə xörək hazırlamaq bəylərin birbaşa vəzivəsi və borcu sayılır.
Tacikstanda 8 mart günü ölkə başçısının sərəncamı ilə rəsmi olaraq "Analar günü" kimi qeyd edilir. Qeyri-iş günü sayılan bayram zəngin süfrə və hədiyyələrlə müşaiyət olunur.
Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla keçirilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də xanımların hesabına kifayət qədər böyük gəlir əldə edir.
Dünyanın ən gözəl xanımları yaşayan Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü təntənə ilə qeyd olunur. Bayram günündə Azərbaycan kişiləri sevgilərini, ehtiramlarını və hədiyyələrini öz xanımlarına ərməğan edirlər.
Bayramınız mübarək dəyərli və sevimli xanımlar!
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
8 Mart hansı ölkədə necə qeyd edilir?
8 Mart 2015 19:25
1 Şərh
Baxış: 3 659

DİGƏR XƏBƏRLƏR
-
Qumralın əri ilə VİDEOsu müzakirələr yaratdı
-
Qabiliyyət imtahanının nəticələri açıqlandı
-
Bu da Natavanın VİLLASI - VİDEO
-
Avqustun 9-da baş tutacaq Ayın dolması bu bürclərin həyatını dəyişəcək
-
Cinsiyyət dəyişdirən türkiyəli məşhurlar - SİYAHI
-
İillərdir Sibel Can adı ilə tanınırdı - Əsl soyadı üzə çıxdı
XƏBƏR LENTİ
-
Qumralın əri ilə VİDEOsu müzakirələr yaratdı
-
Ağ Ev Trampın Azərbaycan və Ermənistan liderləri ilə görüşlərinin qrafikini ictimailəşdirib
-
Netanyahunun inadkarlıq gambiti: riskli geosiyasət və ümidsizlik
-
Ağdərədə yanğın - Helikopter cəlb olundu
-
Qabiliyyət imtahanının nəticələri açıqlandı
-
Bakı metrosunda doğulan uşağa güzəşt və imtiyazlar olacaq - YENiLƏNİB
-
Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi
-
Azərbaycan və Ermənistanın Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq - Rubio
-
Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı üzrə son işlər açıqlandı
-
Avropa Liqasında bu nəticələr qeydə alındı
-
Bu günün valyuta məzənnələri
-
Bu da Natavanın VİLLASI - VİDEO
-
Bakıda moteldə yanğın olub - VİDEO
-
Avqustun 9-da baş tutacaq Ayın dolması bu bürclərin həyatını dəyişəcək
-
Cinsiyyət dəyişdirən türkiyəli məşhurlar - SİYAHI
-
Qəhvə ilə bağlı deyilənlər mif imiş
-
Məşhur antidepressantın satışı dayandırıldı - Təhlükəli maddə aşkarlandı - FOTO
-
Tramp: Sabah Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq
-
İillərdir Sibel Can adı ilə tanınırdı - Əsl soyadı üzə çıxdı
-
İngiltərədə təhlükəli kosmetik prosedurlara qarşı mübarizə: Hökumət sərt tədbirlər planı açıqladı
-
Ölümcül beyin xəstəliklərinə qarşı yeni ümid! - Bu kəşf körpələrin həyatını qurtara bilər!
-
Araşdırma: Kartof qızartması tip 2 diabet riskini artırır
-
Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb
-
“Sabah” Bolqarıstanda məğlub oldu