Maraqlı

Şumaxerin bir villası da satıldı - FOTO

27 Fevral 2015 10:53
0 Şərh     Baxış: 2 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq "Formula-1" avtoçempionatının canlı əfsanəsi, yeddiqat dünya çempionu Mixael Şumaxerin xanımı Korinna ailənin daha bir malikanəsini satıb.
 

Norveçin Tryusil kurortundakı malikanənin satışınlan əldə olunmuş 3 milyon dollar hazırda koma vəziyyətində olan 46 yaşlı M.Şumaxerin müalicəsinə sərf olunacaq. Tryusil Norveçin paytaxtı Oslodan şimalda yerləşən kurort şəhəridir.
 

Milli.Az Abcnyheter.no-ya istinadən bildirir ki, 645 kvadrat metrlik malikanəni alanın adı açıqlanmır.

Korinna Şumaxer ərinin 2000-ci ildə 3-cü çempion titulunu qazandığı Ferrari F-2000 bolidini, habelə Falcon 2000EX özəl reaktiv təyyarəsini də satışa çıxarıb.
 

Şumaxerin müalicəsinə artıq 15,3 milyon dollar xərclənib.
 

Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransız Alplarında xizəklə sürüşərkən yıxılmış, başı qayaya dəymişdi.

6 aydan artıq koma vəziyyətində olan əfsanəvi pilot bir neçə ciddi cərrahiyyə əməliyyatına məruz qalıb.
 

O, Cenevrə gölünün sahilindəki villasında müalicə olunur.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.