Maraqlı

Ebru Gündeş və Rza Zərrabı məhkəməyə verdilər

10 Yanvar 2015 12:02
0 Şərh     Baxış: 4 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyəli müğənni Ebru Gündeş və həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab 2010-2012-ci illərdə kirayə qaldıqları evin sahibi tərəfindən məhkəməyə veriliblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün Kəmərburqazdakı villasının sahibi məhkəməyə "Evimə ziyan vurublar" iddiası ilə müraciət edib. Lakin şikayətçinin iddiası təmin olunmayıb. Belə ki, aparılan araşdırmalardan sonra məhkəmə "Tərəfimizdən həmin evdə iddia edildiyi kimi, hər hansı ziyan təsbit olunmayıb. Şikayətçinin ərizəsində göstərildiyi kimi, evdən daimi istifadə edilmədiyi ortaya çıxıb" qərarını verib.

Qeyd edək ki, Ebru Gündeş və Rza Zərrab 2010-cu ildə adıçəkilən ərazidə aylıq ödənişi 5 min dollar olmaqla, 2 illik müqavilə ilə villa kirayəyə götürüblər. Həmin müddətin kirayə haqqı isə qabaqcadan ödənilsə də, cütlük orada çox az müddətdə qalıb. Bu zaman isə evin sahibi onların mülkünə 8 min avro dəyərində ziyan vurduqları iddiası ilə İstanbul Sülh Hüquq Məhkəməsinə müraciət edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.