Milli.Az ATVxəbər.az-a istinadən bildirir ki, Fəyyaz və Yaşar Baçşi adlı iki əmioğlu sevdikləri xanımlarla ailə həyatı qurmağı planlaşdırırlar. Lakin toyu eyni gündə eyni məkanda etmək qərarına gələn cütlüklər mərasimi hər hansı salonda deyil, elə öz həyətlərində təşkil edirlər. Lakin bir anda şaxtaların düşməsi və qar yağması cütlükləri çətin vəizyyətə salsa da, onlar qohumları və yaxın dostlarının da iştirakı ilə illərdir arzusunda olduqları toyu keçirməyə müvəffəq olurlar.
Üşüməmək üçün tez-tez yallı gedən qonaqlar və gənc cütlüklər bütün çətinliklərə baxmayaraq, bu toy mərasimini heç vaxt unutmayacaqlarını deyiblər.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.






