Maraqlı

İnsanın ən vəfalı dostu - VİDEO

21 Aprel 2014 16:51
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rex" sahibinin verdiyi komandalara hər zaman riayət etsə də, çəkiliş qrupunu görüb çəkindi

Xaçmaz rayon sakini Elçin Heydərov 30 ildir ki, müxtəlif cinsli itlər saxlamaqla məşğuldur. Bu illər ərzində 12 it bəsləyən qəhrəmanımız bir müddət sonra saxladığı heyvanları dost-tanışlarına hədiyyə edib. Hazırda isə alman cinsi olan "ovçarka" saxlayır. Artıq 2 ildir ki, "Rex" Heydərovlar ailəsinin sevimli üzvünə çevrilib.

"Rex"sin qoxu hiss etmə və eşitmə qabiliyyəti itidir. Elçin Heydərov deyir ki, nəinki bu cinsdən olan itləri eləcə də digər cinsli heyvanları da tərbiyə etmək olar. Yetər ki, ona qayğı və diqqət göstərəsən.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, "Rex" sahibinin verdiyi komandalara hər zaman riayət etsədə, çəkiliş qrupunu görüb çəkindi.
 

Amma Elçin Heydərovdan fərqli olaraq itlərini küçəyə atanların sayı da az deyil. Sahibsiz küçə itləri isə insanlar üçün təhlükə mənbəyidir. Ötən il Xaçmaz rayonununda itqapma halları ilə bağlı 400 müraciət daxil olub ki, bu müraciətlərində 95 faizi küçə itlərinin hücumuna məruz qalan şəxslər tərəfindən edilib. Quduzluq və digər bu kimi təhlükəli xəstəliklərin yayılmaması üçün bu itlərə ciddi nəzarət olunmalıdır.

Azərbaycanda itlərin vurulması qanunla qadağan edilib. Digər ölkələrdə, elə Şimal qonşumuz olan Rusiyada isə bu heyvanlardan autizm və iflic xəstələrinin müalicəsində istifadə edirlər.

 
Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.