Maraqlı

Böyük fəlakət bizə nələri öyrətdi? - VİDEO - FOTO

15 Aprel 2014 14:49
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnsanın pullu və imkanlı olması elə də önəmli deyil. Əsas olan şanslı olmaqdır. Çünki 102 il əvvəl batmış "Titanik" gəmisi bu faktı bizə öyrətdi. Çünki "Titanik"in sərnişinlərinin çoxu varlı idi. Ancaq yalnız şanslı olanlar sağ qaldılar.

Bu gün tarixin ən nəhəng gəmilərindən biri olan "Titanik"in dəryaya qərq olmasından 102 il keçir. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi idi. Ancaq elə ilk səyahəti uğursuz olub. 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib. 1514 nəfər həlak olub.

Titanik fəlakətinə bir sıra əsərlər - rəsmlər, musiqilər və kinolar həsr olunub. Həmin əsərlərin ən uğurlusu isə rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi film sayılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.