Maraqlı

34 sirli məzar tapıldı - FOTO

15 Aprel 2014 14:19
2 Şərh     Baxış: 2 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Şimal Qütb dairəsinin yaxınlığında arxeoloqlar apardıqları qazma işləri zamanı 34 məzar aşkarlayıblar.

Məzarların təqribən 800 il əvvəl qazıldığı deyilir.
 

Milli.Az Sibirian Times-a istinadən bildirir ki, Qütb dairəsinin yaxınlığında yaşamış insanların dəfn olunduqları bu məzarlar alimləri çox maraqlandırıb.

Məzarlarda qədim İranda hazırlanmış zinət və bəzək əşyalarının tapılması isə alimləri müəmma qarşısında qoyub.
 

Şimal Qütbündən minlərlə kilometr aralıdakı İrandan bu əşyalar necə və kimlər tərəfindən, nə üçün gətirilib - bilinmir.

Rusiya Milli Elmlər Akademiyasından verilən məlumatlara görə, arxeoloqların tapıntısı genetik ekspertizaya məruz qalacaq. Ekspertiza bu insanların Şimal Qütb dairəsinin yaxınlarına necə gəlib çıxdıqların və ya onların yerli sakinlər olub-olmadıqlarını müəyyənləşdirməyə çalışacaqlar.
 

Şimal Qütb dairəsindən 23 km aralıda, Zelyonı Yar ətrafındakı məzarlarda 11 cəsədin qətlə yetirildikdən sonra dəfn olunduğu bildirilir. 5 mumiya isə mis zirehlərdə olub. Onlar qunduz, maral, ayı dəriləri ilə örtülmüşdülər.
 

Hazırda Rusiya Elmlər Akademiyasının Sitologiya və Genetika İnstitutunun alimləri tədqiqatlar apararaq mumiyaların sirrini çözməyə çalışırlar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.