Milli.Az 4charx.com-a istinadən bildirir ki, müjdəçi həqiqətən pis çıxmayıb - firma dizaynının indiki dilinə (Kodo) əsasən yerinə yetirilmiş yeni konsept demək olar ki, seriya kimi görünür. Yırtıcı "baxış", zərif asma və işlənmiş qazların xaric edilməsi sisteminin mərkəzdən çıxan iki borusu - bütün bunları seriya hetçində də görməyə ümid etmək olar. Yeri gəlmişkən, Hazumi qabarit ölçüləri belədir: 4070mm uzunluq, 1730 millimetr en, 1450 millimetr hündürlük və 2585 millimetr təkər bazası.
Avtomobilin bir az futurist üslublu salonunda üç rəngli tərtibatla yanaşı xromdan bol-bol istifadə edilməsini və multimedia sisteminin (MZD Connect) qeyri-adi formalı ekranını qeyd etmək olar. Hazumi kapotunun altında güman edildiyi kimi altı pilləli avtomat ötürücü qutu ilə birlikdə işləyən 1,5-litrlik SKYACTIV turbodizeli yerləşdirilib. Yaponlardan seriya modeli artıq payızda gözlənilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.