Maraqlı

Dünyanın ən zəngin qadınları AÇIQLANDI - Pulun kraliçaları onlardır

9 Aprel 2025 06:19
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən varlı qadınlarının siyahısı açıqlanıb.

Milli.Az xəbər verir ki, "Forbes"in 2025-ci il üçün hazırladığı hesabatda qadın milyarderlərin sərvəti və gəlir mənbələri detallı şəkildə göstərilib.

Siyahının ilk pilləsində tanınmış L'Oreal varisi Fransuaz Betankur Meyers yer alıb.

TOP 5 Ən Zəngin Qadın - 2025

Fransuaz Betankur Meyers (Fransa)
Sərvəti: 99,5 milyard dollar
Gəlir mənbəyi: L'Oreal kosmetika imperiyası

Alice Walton (ABŞ)
Sərvəti: 70 milyard dollar
Gəlir mənbəyi: Walmart pərakəndə nəhəngi

Julia Koch (ABŞ)
Sərvəti: 64 milyard dollar
Gəlir mənbəyi: Koch Industries

Jacqueline Mars (ABŞ)
Sərvəti: 39 milyard dollar
Gəlir mənbəyi: Mars şirniyyat şirkəti

Miriam Adelson (ABŞ)
Sərvəti: 33 milyard dollar
Gəlir mənbəyi: Las Vegas Sands kazinoları

Bu qadınlar təkcə milyardlarla dollarlıq sərvətə sahib olmaqla kifayətlənmir, həm də müxtəlif sahələrdə - texnologiya, kosmetika, səhiyyə, pərakəndə satış və investisiya sahələrində önəmli rol oynayırlar. Onların uğur hekayələri bir çox qadın üçün ilham mənbəyidir.

"Forbes" qeyd edir ki, son illərdə qadın milyarderlərin sayı artmaqdadır və bu tendensiya qadınların biznes və sərmayə sahələrində daha da gücləndiyini göstərir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.