Maraqlı

Yeni kral - FOTO

8 Fevral 2014 19:39
0 Şərh     Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qurbağa şəhzadəyə çevrilməmişdən qabaq, şəhzadə deyil suda-quruda yaşayan olacaq. Lakin bu məntiq yeni Ştutqard birhəcmlisinə aid deyil: "Üçguşəli ulduz" ven halında da göz qamaşdırıcıdır.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Viano"-nun yerinə gələn və Münhendə təqdim olunan yeni "V-Class" sehrlə yeni S və ya C-yə çevrilmiş kimi görünür. Relyefli yanlar, çıxıntılı radiator barmaqlığı, işıqdiodlu baş optikası.

Avtobus deyil, gözəllikdi! Ən gözəl yeri isə - içərisindədir. Cihaz paneli yeni "C-Class"-dakı kimidir. Lakin bir az fərq var: məsələn, sedanın üç dairəvi ventilyasiya deflektoru və onların üstündə multimediya monitoru var. Mərkəzi konsolu isə aralarında displey olan bir cüt dairə bəzəyir.

Mühərrik qammasına bir çox Mersedes modellərindən tanış olan 136, 163 və 190 a.g.-də 2,1-litrlik turbodizel daxil olacaq. "V 250 BlueTec"-in 3,0 litr həcmli 6-silindrli turbodizel top modifikasiyası Euro 6 ekonormalarına uyğun gəlir. Onun yanacaq sərfi 28% aşağı düşüb.

Standart təchizat siyahısına yan tərəfdən külək zamanı zolaqdan çıxmasına mane olan Crosswind Assist sistemi və sürücünün vəziyyətini izləyən və yorğunluq və yuxululuq əlamətləri aşkar edildikdə dayanmaq zərurəti barədə xəbər verən "zəngli saat" Attention Assist sistemi daxil olacaq.

Əlavə məbləğə avtobusu veni kameralar və 7G-Tronic Plus avtomatik sürət qutusu ilə təchiz edəcəklər. "V-Class" üçün sifarişlər martın 6-dan qəbul ediləcək, Almaniyada satış isə mayın sonuna nəzərdə tutulub. Avropada ven iyun ayında reallaşacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.