Maraqlı

Mercedes-Benz C-Class təqdim olundu - FOTO

18 Dekabr 2013 22:36
0 Şərh     Baxış: 2 272
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Mercedes-Benz" şirkəti rəsmən dördüncü nəsil sedan "C-klass"-ın sirrini açdı. Yeniliyin rəsmi debütü 2014-cü ilin yanvarında Detroyt avtosalonunda keçiriləcək, Avropada satışın başlanması isə 2014-cü ilin yayına planlaşdırılıb.

Milli.Az Auto.az-a istinadən bildirir ki, yeni sedan "Mercedes-Benz C-klass" yeni ultrayüngül arxa ötürücülü MRA platformasında düzəldiləcək. Gələcəkdə onu yeni sedan və krossoverlərdə də istifadə edəcəklər.

Yeni nəsil sedanın ölçüləri: 4696 mm x 1810 mm x 1442 mm-dir. Beləliklə, avtomobil 95 mm uzun, 40 mm enli və 5 mm alçaq olub. Bununla belə, təkər bazası 80 mm artıb, 2840 mm olub.

Yeni "Mercedes-Benz C-klass"-ın dizaynı bu yaxınlarda Rusiyada satışa çıxarılan flaqman sedanı "S-klass"-a əsaslanır. Xarakterik optika, böyük radiator barmaqlığı, başqa profil və həmçinin iri hava çıxışarını qeyd etmək lazımdır.

Satış vaxtı "Mercedes-Benz C-klass" 2,1 litrlik turbodizel mühərriki (170 a.g.), həmçinin 1,6 litrlik (156 a.g.) və 2,0 litrlik (183 a.g.) benzinlə işləyən aqreqatlarla təqdim olunacaq.

Sonra ona "Renault" ilə birgə hazırlanmış 1,6 litrlik turbodizel mühərriki daxil olmaqla başqa mühəriklər də əlavə olunacaq. Bu mühərrik 115 a.g. və 135 a.g. olmaqla təqdim olunacaq və sırada ən qənaətli mühərriklərdən biri olacaq.

Mühərriklər 6-pilləli "mexanika" və ya iki muftası olan 7-pilləli "robotla" birgə işləyəcək. Standart versiyada avtomobil arxa ötürücülü olacaq, lakin 2015-ci ildə tam ötürücülü modifikasiya da meydana gələcək.

Yeni "Mercedes-Benz C-klass"-ın digər təchizatı çox geniş olacaq. Məsələn, çoxlu radar və sensor dəsti, avtomatik parketmə sistemi, Airmatic pnevmatik asılqanı və başqa seçimlər meydana gələcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.