10 dəqiqədə hər ləkəni çıxaran ucuz üsul üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalçadakı inadkar ləkələri çıxarmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac olmadığı məlum olub. Təmizlik mütəxəssislərinin tövsiyə etdiyi sadə üsul evdə olan təraş köpüyü ilə ləkələri cəmi 10 dəqiqəyə təmizləyə bilir. Üstəlik, sosial şəbəkələrdə bu üsulu sınaqdan keçirən istifadəçilər nəticələrin "heyrətamiz" olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, xalçaya bir şey töküldükdə cild davranmaq adətən ləkənin qalıcı olmasının qarşısını alır. Lakin hər kəsin evində peşəkar xalça təmizləyiciləri olmur. Mütəxəssislərə görə isə bahalı vasitələr olmadan da evdəki sadə bir məhsulla inadkar ləkələrdən xilas olmaq mümkündür.
Təmizlik mütəxəssisi və sosial media fenomeni Linsi Krombi bildirib ki, təraş köpüyü yalnız şəxsi qulluq üçün deyil, həm də güclü bir ləkə çıxarıcı kimi işə yarayır. O, ağ rəngli təraş köpüyünün həm xalçalarda, həm də döşəklərdə olduqca effektiv nəticə verdiyini qeyd edib.
Mütəxəssisin fikrincə, təraş köpüyü əslində "çalınmış sabun" funksiyasını yerinə yetirir. Köpük forması sayəsində ləkənin içinə nüfuz edərək yağ və kir hissəciklərini parçalayır, eyni zamanda xalçanın liflərinə yapışaraq təmizliyi asanlaşdırır. Təraş köpüyünün tərkibindəki maddələr süd, palçıq, qazlı içki, dondurma, sos və yemək ləkələri kimi su əsaslı kirlərin təmizlənməsində effektivdir.
Təraş köpüyü ilə xalça ləkəsi necə təmizlənir?
Linsi Krombinin təklif etdiyi üsul olduqca sadədir:
Ləkəli hissəyə ağ təraş köpüyü çəkin.
Ilıq su ilə yüngülcə nəmləndirilmiş yumşaq bir bez və ya fırçadan istifadə edin.
Həmin hissəni zərif hərəkətlərlə ovun.
Köpüyü təxminən 10 dəqiqə saxlayın.
Daha sonra durulayın və ağ bir bezlə sıxaraq qurulayın.
Sonda həmin hissənin təbii şəkildə qurumasını gözləyin.
Mütəxəssis xüsusilə ağ təraş köpüyü istifadə etməyi tövsiyə edir, çünki rəngli köpüklər xalçada yeni izlər qoya bilər. Həmçinin, bu üsulu tətbiq etməzdən əvvəl xalçanın görünməyən kiçik bir hissəsində yoxlamaq vacibdir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qatarda 6 meyit AŞKARLANDI
-
İran dronu ABŞ gəmisinə hücum etdi
-
Ağır QƏZA: 5 yaralı var
-
Vüsal Əliyev həmin VİDEOya görə ÜZR İSTƏDİ
-
Neft bahalaşıb bu qiymətə OLDU
-
Tramp Çinə gedir
-
“El Klasiko”un qaibi çempion oldu
-
Kahının çürüməsinin qarşısını alan 3 praktik saxlama üsulu
-
10 dəqiqədə hər ləkəni çıxaran ucuz üsul üzə çıxdı
-
Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir
-
"Deyirlər niyə elə geyinmişdin?” - Kəmalə Günəşli o videodan DANIŞDI
-
Əsgər gedən gəncin gündəm olan VİDEOsu
-
Dünyanın bir parçasıdır? - Ayın yaranmasına dair nəzəriyyələr çıxılmaz vəziyyətdə
-
Araşdırma: Süni intellekt söhbət tarixçənizdən şəxsiyyətinizi təxmin edə bilir
-
Bu yay yoxlamalı olduğunuz 5 pedikür rəngi
-
Bunu için, xərçəngdən QORUNUN
-
"Ölünü də, gəlini də eyni qayıqla aparırlar" - VİDEO
-
““Qarabağ”a qalib gəldiyimiz oyunda bu, bizə uğur gətirdi” - Vernidub
-
Neftin qiyməti bundan sonra sürətlə enəcək - Hasset
-
“Şamaxı”da iki oyunum qalıb” - Ayxan Abbasov
-
Günün qoroskopu: həyat sizi ən doğru istiqamətə aparacaq
-
Tramp İrandan sonra yeni hədəfini açıqladı
-
Ukrayna Belqoroda zərbə endirdi: yaralılar var
-
Vəzifəli şəxs vəfat etdi - FOTO





