Rəsulzadənin öz əli ilə əkdiyi qarağac - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tədqiqatçı-jurnalist Nəcibə Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı diqqətçəkən paylaşım edib.
Milli.Az xəbər verir ki, araşdırmaçı Rəsulzadənin Bakı kəndlərindən olan Ramana kəndi ərazisində öz əli ilə əkdiyi qocaman qarağac ağacının fotosunu ictimaiyyətlə bölüşüb.
Nəcibə Bağırzadə bildirib ki, sözügedən ağacın yaşı 100 ildən çoxdur. Onun sözlərinə görə, bu ağacla bağlı araşdırmasını illər əvvəl "Mənim qarağacım" adlı məqaləsində dərc etdirib.
Araşdırmaçı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin Ramana kəndi və burada yaşayan müsavatçılarla sıx əlaqələri olub. Bildirildiyinə görə, qarağac ağacı Rəsulzadə tərəfindən dostu Muradın həyətində əkilib. Murad isə sonradan oğluna dostunun - Məhəmməd Əmin bəyin adını verib. Həmin adaşın məzarı hazırda Ramana qəbiristanlığında yerləşir.
"Ramanaya hər gedəndə mütləq o qarağacı da salamlayıram. Məhəmməd Əmin Rəsulzadənin ideyaları, əsərləri, keçdiyi yol kimi, bütün yadigarları dəyərlidir. Sonsuz sevgi və minnətdarlıqla yad edirəm", - deyə Nəcibə Bağırzadə paylaşımında vurğulayıb.
Qeyd edək ki, Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı bu kimi tarixi izlər milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. // Musavat.com
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
XƏBƏR LENTİ
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib





