Maraqlı

Radiatorun arxasına bir parça qoyun, istiliyi ikiqat artırın

11 Fevral 2026 01:01
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qış aylarında təbii qaz ödənişlərini azaltmaq və evdə daha isti bir mühit yaratmaq hər kəsin arzusudur.

Milli.Az xəbər verir ki, bu üsulla, radiatorun divara ötürdüyü və itkiyə gedən istiliyi otağın içinə qaytara bilərsiniz.

Radiatorlar qızarkən istiliyi həm önə, həm də arxaya (divara) yayır. Əgər radiatorun arxasındakı divar izolyasiya olunmayıbsa, həmin istiliyin böyük bir hissəsi çöl divar vasitəsilə itkiyə gedir.

Radiatorun ölçüsünə uyğun kəsilmiş bir kartonun üzərinə alüminium folqa bükərək və ya hazır satılan radiator arxası izolyasiya lövhələrini (folqalı polietilen) radiatorla divar arasına yerləşdirin.

Alüminium folqa və ya folqalı panellər "radiasiya ilə istilik ötürülməsi" prinsipindən istifadə edir.

Divara tərəf gedən istilik dalğaları parlaq səthə dəyərək geri, yəni otağın mərkəzinə tərəf qayıdır.

İstilik divar tərəfindən udulmadığı üçün radiatorun səmərəliliyi artır və otaq daha qısa müddətdə isinir.

Digər mühüm istilik məsləhətləri

Pərdələrin radiatorun önünü bağlamasına imkan verməyin. Uzun pərdələr istiliyin pəncərə ilə pərdə arasında qalıb yuxarı çıxmasına və otağa yayılmamasına səbəb olur.

Radiatorun tam qarşısında divan və ya şkaf kimi böyük əşyalar qoymaq istilik axınını bloklayır. Arada ən az 20-30 sm məsafə olmalıdır.

Əgər radiatorun altı isti, üstü soyuqdursa, daxilində hava var deməkdir. Bu hava boşaldılmadıqca cihaz tam gücü ilə işləyə bilməz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.