Maraqlı

"Peşman olmaq istəmirsinizsə, Azərbaycana GETMƏYİN" - türkiyəli kişi - VİDEO

26 Yanvar 2026 16:54
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq beş ildir Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Həmzə Durunun sosial şəbəkələrdə etdiyi paylaşım geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, o, paylaşımında ölkəmizdə qarşılaşdığı gündəlik həyat nüanslarını Türkiyə ilə müqayisə edib. Həmzə Duru Azərbaycandakı nizam-intizamı, insanların münasibətini və ümumi yaşayış şəraitini müsbət dəyərləndirərək ölkəmizi tərifləyib.

Türkiyəli vətəndaş həmçinin paylaşımı vasitəsilə Türkiyədə yaşayan həmvətənlərinə səslənərək Azərbaycandakı mühitin yolda hərəkətin, daha rahat və təhlükəsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, son beş il ərzində ölkəmizdə yaşadığı təcrübə onda çox müsbət təəssüratlar yaradıb. Öz ölkəsinə ayıtmağa peşman olduğunu etiraf edib. 

Həmzə Durunun bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Ətraflı videoda:

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.