Maraqlı

Keçmiş arvadı Mustafa Sandalı məhkəməyə verdi - FOTO

9 Dekabr 2025 14:12
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mustafa Sandal 7 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Emina Yahoviçə qarşı yenidən məhkəmə qarşısına çıxıb.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Yahoviç Sandalı boşanma protokolunun bəzi müddəalarına əməl etməmək, aliment ödəmələrinə laqeyd yanaşmaq və avtomobil icarəsi öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Qeyd edək ki, cütlük 2018-ci ildə qarşılıqlı razılıq əsasında boşanıb. Razılaşmaya görə, iki uşağın qəyyumluğu anaya verilib, Beykozdakı ev satılıb və 2 milyon dollar Yahoviçə, 500 min dollar isə uşaqların təhsilinə sərf olunmalı idi. Sandal protokola əsasən, keçmiş həyat yoldaşına Serbiyada ev almalı və aliment ödəməli, Yahoviç isə öz və uşaqları üçün maşın icarəyə götürmək imkanına malik olmalı idi. Lakin son iddiaya görə, bu öhdəliklər tam yerinə yetirilməyib və Emina Yahoviç İstanbul Ailə Məhkəməsinə müraciət edib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.