"Bitcoin" milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kriptovalyutalar gələcəyin pul vahidi ola bilər, lakin onları oğurluq riskinə qarşı qorumaq son dərəcə çətin bir vəzifədir.
Milli.Az xəbər verir ki, "Bitcoin" sərvəti ilə tanınan bir ailənin gördüyü tədbirlər də bu vəziyyətin ən bariz sübutudur.
Əgər sərvət dəyərində kriptovalyuta ehtiyatınız varsa, pis niyyətli şəxslərin sizi qaçırıb təzyiq altında cüzdan şifrələrinizi öyrənməsi və bu vəsaitləri öz cüzdanlarına köçürməsi olduqca asan bir prosesə çevrilə bilər. Belə bir hadisədən sonra, nəinki oğurluğu sübut etmək, hətta canınızı qurtarmaq belə böyük şans tələb edir.
2016-cı ildə "Bitcoin"ə yatırım edərək böyük sərvət qazanan Taihuttu ailəsi, həmin vaxt təxminən 900 dollar olan "Bitcoin"in bu gün 110.000 dollar civarında olması ilə var-dövlət sahibi olub. Ailənin başçısı Didi Taihuttu indiki təhlükəli şəraitdə cüzdan şifrələrinin parçalarını fiziki olaraq müxtəlif qitələrdəki gizli sığınacaqlarda saxladığını bildirir. Taihuttu deyir: "Kiminsə məni silah gücü ilə məcbur etməsi halında belə, telefonumdakı cüzdandan daha artığını verə bilmərəm - o da çox deyil". O, bütün sərvətə tək məkandan çıxışın mümkün olmadığını vurğulayır.
Taihuttu əlavə edir ki, təhlükəsizlik kodları yalnız fiziki sığınacaqlarda deyil, eyni zamanda blokçeyn əsaslı şifrələmə xidmətlərində də onlayn şəkildə saxlanılır. Bu üsul, ev açarını kiçik hissələrə bölüb maşınla gedərkən pəncərədən çölə atmaqla müqayisə edilə biləcək bir təhlükəsizlik qatını təmin edir. Daim səyahət edən Taihuttu ailəsi, potensial soyğunçular üçün hərəkətli hədəfə çevrilib. Bu qədər ciddi tədbirlərin səbəbi isə aydındır: son illərdə kripto icması silahlı basqınlar, adam oğurluqları və hətta qətllərlə müşayiət olunan təşkilatlanmış cinayətlərin hədəfinə çevrilib.
Hazırda Nyu-Yorkda davam edən və iki həftə ərzində qaçırılıb işgəncəyə məruz qaldığı iddia olunan bir kripto milyonçusunun məhkəməsi vəziyyətin ciddiliyini bir daha ortaya qoyur. Bəzi mütəxəssislərə görə, kripto varlığına sahib olmağın riski, gətirdiyi potensial gəlirlərdən daha yüksək ola bilər. Ailənizi və sərvətinizi cinayətkarlardan qorumaq üçün fasiləsiz səyahət etmək, yəni iz itirmək və gizlənmək zərurəti yaranır. Cüzdan kodlarını isə sizlə əlaqəsi təyin edilə bilməyən, fərqli qitələrdə yerləşən təhlükəsiz evlərdəki seyflərdə saxlamaq vacibdir.
Təbii ki, özünüzə mühafizəçilər tuta və qalaya bənzər təhlükəsizlikli bir evdə yaşaya bilərsiniz. Lakin bir gün həmin mühafizəçilərin belə sizə silah çəkib şifrələrinizi tələb etməyəcəyinə kim zəmanət verə bilər? Sahibi olduğunuz sərvətin sizə aid olduğunu sübut edən heç bir hüquqi sənəd yoxdur - cüzdanın şifrəsi kimdədirsə, kripto vəsait də ona məxsus olur.
Mövcud vəziyyətdə kriptovalyuta dünyası, kiçik alış-verişlər və cüzi qazanc üçün cazibədar görünsə də, bu sahədəki vəsaitləriniz sərvət həddinə çatdıqda, artıq həyatınız belə risk altında ola bilər. Kriptovalyutaların ənənəvi pul və bank sisteminin yerini tutması üçün əvvəlcə təhlükəsizlik sahəsində hələ çox yol qət etməsi lazımdır./Qaynarinfo
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu həftə ən çox qazanacaq bürclər
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
XƏBƏR LENTİ
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən





