“Bu adam silahlıdır və təhlükəlidir - görsəniz polisə məlumat verin!” - Bu paylaşımlara DİQQƏT!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Bait-and-switch" (aldadıb dəyişdirmə) adlı internet fırıldaqları bizə emosional təsir edən paylaşımlarla hədəflənir. Amma paylaşdığınız bu postları dostlarınız öz şəbəkələrində gördükdə əslində nə ilə qarşılaşdıqlarını bilirsinizmi?"
Milli.Az news-decoder.com saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan "itkin", "təhlükəli şəxs" və ya "kömək edin" paylaşımlarına aldanmayın! - Yeni fırıldaq metodları zamanla ifşa olunur.
Son günlər sosial şəbəkələrdə paylaşım sayı artan "itkin düşmüş uşaq", "qocalar evindən çıxıb qayıtmayan qadın" və ya "təhlükəli şəxs" haqqında xəbərdarlıq postları əslində fırıldaq məqsədi daşıya bilər.
Araşdırmalar göstərir ki, bu tip emosional və qorxu hissi yaradan paylaşımlar bir müddət sonra məzmunu dəyişdirilərək saxta kirayə elanlarına, onlayn alış-veriş saytlarına və ya şəxsi məlumat tələb edən sorğulara çevrilir. Fırıldaqçılar bu üsulu "bait-and-switch" (aldat və dəyişdir) adlandırılan sxemlə həyata keçirirlər.
Aldadıcı paylaşım necə işləyir?
Fırıldaqçılar əvvəlcə insanları cəlb edən və sosial məsuliyyət hissini hədəfləyən postlar paylaşır:
"Bu uşaq itkin düşüb, paylaşın ki, tapılsın!"
"Bu adam silahlıdır və təhlükəlidir - görsəniz polisə məlumat verin!"
Bu postlar istifadəçilər tərəfindən sürətlə paylaşılır və geniş auditoriyaya çatdırılır. Lakin bir neçə saat və ya gün sonra postun məzmunu dəyişdirilir - məsələn, ev kirayəsi elanına və ya saxta sorğuya çevrilir.
Paylaşımı görən istifadəçilər postun əvvəlki versiyasını bilmədiklərindən yeni məzmunu doğru qəbul edərək şəxsi məlumatlarını təqdim edə və ya ödəniş edə bilərlər. Bu isə şəxsiyyət oğurluğuna və maliyyə fırıldaqlarına gətirib çıxarır.
Fırıldağın əlamətləri - Bunlara diqqət edin:
Better Business Bureau (BBB) təşkilatı bildirir ki, bu tip fırıldaqçılığın əsas göstəriciləri bunlardır:
Paylaşımda ətraflı və dəqiq məlumatlar olmur.
Əlaqə üçün polis və ya ailə üzvü məlumatı yer almır.
Postda komment bölməsi bağlanıb - digərlərinin fırıldağı ifşa etməməsi üçün.
Paylaşan profil yeni yaradılıb, ya da lokasiya ilə uyğun gəlmir (məsələn, Floridadan olan istifadəçi Kanadada paylaşıb).
Mətnlərdə imla və qrammatika səhvləri var.
Şəkillər başqa platformalarda da fərqli adlarla istifadə olunub - bunu "Google Reverse Image Search" vasitəsilə yoxlamaq mümkündür.
Postun dəyişdirildiyini necə müəyyənləşdirmək olar?
Əgər şübhəli paylaşım görürsünüzsə:
"Facebook" postunun sağ yuxarı hissəsindəki üç nöqtəyə klikləyin.
"Tarixçəyə bax" (View edit history) funksiyasını seçin.
Postun əvvəlki mətn və şəkilləri ilə indiki versiyasını müqayisə edin.
Əgər paylaşım əvvəldə başqa, indi isə fərqli məzmundadırsa - bu, klassik bait-and-switch fırıldağıdır.
Mütəxəssislərdən tövsiyələr:
BBB nümayəndəsi Melanie McGovern xəbərdarlıq edir:
"Paylaşmazdan əvvəl bir az araşdırma aparmaq kifayətdir. Profilin etibarlılığına, postun mənbəyinə və məzmunun real görünməsinə diqqət edin. Həqiqi hadisələr adətən rəsmi polis və xəbər qurumları tərəfindən də paylaşılır".
Fırıldaqla qarşılaşsanız nə etməli?
BBB Scam Tracker vasitəsilə fırıldaq postları barədə məlumat verin.
"Facebook"da şikayət üçün postun üç nöqtəsinə klikləyin və "Find support or report post" seçimini edin.
Yekun olaraq:
Sosial şəbəkədə gördüyünüz hər emosional paylaşımı dərhal paylaşmayın. Sadə araşdırma ilə siz həm özünüzü, həm də başqalarını mümkün fırıldaqdan qoruya bilərsiniz. Unutmayın - hər paylaşım yardım çağırışı deyil, bəzən tələyə çevrilə bilər.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
XƏBƏR LENTİ
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib





