Maraqlı

27 mərtəbəli ev, brilyant qaşlı maşın, 50 milyonluq aksessuar... - VİDEO

23 Mart 2025 13:24
Baxış: 1 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani sahib olduqları ilə dünya mediasının gündəminə gəlib.

Milli.Az xəbər verir ki, Asiyanın ən varlı qadının bahalı həyat yaşadığı, hər şeyin ən bahasını aldığı yazıda qeyd edilib.

Bildirilib ki, Nita heç vaxt cangüdənsiz gəzmir. Evi 27 mərtəbədən ibarətdir ki, burada 70 adam çalışır. Qarajında minlərlə brilyant qaşdan bəzədilən avtomobili var. Bir dəfə geyindiyi paltarı heç vaxt ikinci dəfə istifadə etmir. Təkcə telefonunun çexolunun qiyməti 50 milyon rupidir ki, bu da 988 368 manat edir.

Bu həyatı ona dünyanın ən varlı insanlarından olan həyat yoldaşı Mukeş Ambani verir. O, xanımını məmnun etmək üçün ona ən bahalı hədiyyələr alır: təyyarə, idman tərzində maşınlar. Dünyanın ən bahalı evində yaşayır: hər mərtəbəsi fərqli dizayndadır, 9 lift, vertolyot dayanacağı, altımərtəbəli qaraj, spa mərkəz, kinoteatrı var.

Qeyd edək ki, ailə bir müddət əvvəl 28 yaşlı oğlu Anant Ambaninin Radika Merçant adlı xanımla evlənməsi, milyonluq toyu ilə gündəmə gəlmişdi. Radika Hindistanlı milyarder Viren Merçantin qızıdır. Anant ailəsi "Forbes"in milyarderlər siyahısına daxil edilib. Onların ümumi sərvəti 122 milyard dollar dəyərində qiymətləndirilir. /Axşam.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.