Milli.Az-ın "Qədimdən bu günə" rubrikasında qədim Sumer şəhəri olan Urukdan bəhs edəcəyik.
Dünyanın ilk şəhəri, insanlığın kökünün sirrlərini saxlayır. Gəlin E.ə. 6500 ilə 4000 illəri arasında inkişaf etdiyi güman edilən antik Sümer şəhəri Uruka zaman səyahəti edək.
Bugünkü Cənubi İraqda yerləşən Uruk, həyat və yeniliklə dolu dünyanın ilk şəhəri olaraq qəbul edilir.
1849-cu ildə arxeoloq William Lofts tərəfindən kəşf edilən bu möhtəşəm sahə, bu gün şəhər mədəniyyətinin səhərini çox maraqlı bir pəncərədən nümayiş etdirir.
Bir çox yazar Uruku dünyanın ilk şəhəri olaraq adlandırır və insanlığın kökünün sirrlərinin orada gizli ola biləcəyini irəli sürür.
Yoxsa bəlkə də atalarımızın "tanrılar" olaraq adlandırdığı varlıqların endiyi yerdir.
Uruk antik bir Sümer şəhəridir. Bu gün Tel el-Varka adı ilə tanınır. Şəhər Fırat çayının indiki yatağının şərqində, çayın əvvəllər qurumuş bir kanalının üzərində yerləşir. Bugünkü İraqda, Müsənna vilayətinin paytaxtı Semave şəhərindən 30 km şərqdədir. Uruk Babil dövründə də mövcud olub. Müqəddəs Kitabda şəhərin adı Erek olaraq keçir.
Uruk Sümer Krallar Siyahısına görə, Enmerkar tərəfindən qurulub. Şəhər ən böyük zənginliyini Gılgamışın hökmdarlığı dövründə yaşayıb. Gılgamış şəhərin divarlarını tikdirib, ticarəti gücləndirib, istehsalatı artırıb və Uruku dövrünün ən möhtəşəm şəhəri edib. Uruk göy tanrısı Ana (və ya Anu) həsr olunmuş Qərbdəki Kullaba və sevgi tanrıçası İnannaya (Akkadca İştar) həsr olunub. Bura Şərqdəki Eanna adlı iki yaşayış yerinin birləşməsindən ibarət olub.
Sümer dövründə ən mühüm şəhərlərdən biri olan Uruk tanrıların böyüyü Anuya ithaf edilmiş bir zigguratın ətrafında 6 km-lik bir sahəyə yayılıb və təxminən 80.000 nəfərlik bir şəhər olduğu güman edilir. Sümer tabletlərinə görə, İnanna/İştar sonradan bu mühüm şəhərdə özünə bir məbəd inşa etdirərək Anunun məbədi ilə rəqabət aparıb. Gılgamış Dastanında bu mövzuya toxunulur. Şəhərin İnannaya ibadət üsullarının qeyri-düzgünlüyü səbəbindən pozulduğu düşünülür. Xüsusən Anunun baş kahini narahatlıqlarını bildirir. Anuya verilən əhəmiyyətin itdiyi, İnannanın baş tanrıça kimi göründüyü bir dövrdə, Anu məbədində böyüyən Gılgamışdan kömək istənir.
Minlərlə illik susqunluqdan sonra Uruk 1849-cu ildə ingilis araşdırmaçısı Villiam Loftus tərəfindən kəşf edilib. Lakin ilk əhəmiyyətli qazıntı işləri, Julius Jordanın rəhbərlik etdiyi bir alman qrupu tərəfindən I Dünya Müharibəsindən əvvəl başlayıb. Müharibə səbəbilə ara verilən qazıntılara 1928-ci ildə geri dönülüb və 1939-cu ilə qədər yenidən tədqiqatlar aparılıb. 1954-cü ildə qazıntılar yenidən başlanıb, H. Lenzenin rəhbərliyi altında bir neçə il daha davam edib. Bu qazıntılarda bir çox mühüm Sümer tabletləri gün üzünə çıxarılıb.
Xəyal Abdullayev
Milli.Az