Maraqlı

Sirli qadın tapılıb: o, kimdir? - FOTO

3 İyul 2012 11:59
0 Şərh     Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "The İndependent"ə istinadən bildirir ki, Kembricşir bölgəsindəki Ukinqton şəhərinin yaxınlığında aşkarlanan bu məzarlıq unikal sayılır. Mançester və Lankaşir universitetlərinin arxeoloqlarının birgə qazıntı işləri zamanı tapılan məzarda anqlosakson qadının dəfn olunduğu deyilir.

İlkin məlumatlara görə, onun bəzək əşyaları və inəklə birlikdə basdırılması həmin qadının həyatda varlı, sayılan xanım olduğunu göstərir.
Qədim anqlların adətlərinə görə, varlı qadınlar inəklə birlikdə torpağa verilirdi ki, həmin xanım "o dünyada" da bərəkətdən ayrılmasın.

Məzarın 5-ci əsrə aid olduğu vurğulanır.
İngiltərədə indiyədək ev heyvanları və insanların birlikdə basdırıldığı 31 məzar tapılsa da, orada basdırılmış adamların hamısı kişilərdi.
Bu məzarda isə qadının yanında gümüş bəzəklər, yüzlərlə kəhrəba var.

Mançester Universitetinin professoru Fey Simpsonun dediyinə görə, qadının kimliyini, yəni yaşadığı dönəmdə tayfada və insanlar arasında tutduğu mövqeyi müəyyənləşdirmək, habelə başqa bilgiləri əldə etmək üçün araşdırmaları davam etdirirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Fotolar: BBC
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.