Maraqlı

Prezidentlərə təqdim olunan yemək menyusu - FOTO

23 Oktyabr 2024 23:44
Baxış: 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kazanda Rusiya Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə təşkil olunan rəsmi ziyafətin menyusu bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət rəhbərlərinə Tatar mətbəxindən kartoflu "Kıstıbıy" təqdim edilib.

İlkin yemək kimi nərə balığından və göbələkdən hazırlanmış düşbərə masaya düzülüb.

Menyuda o cümlədən, quzu baldırı və göyərti ilə hazırlanmış sudak balığı da yer alıb.

Rəsmi ziyafətdə içkilər Rusiya istehsalı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.