Maraqlı

Eyni anda iki insanı sevmək mümkündürmü? - ARAŞDIRMA

3 Oktyabr 2024 04:04
Baxış: 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın eyni anda ancaq bir insana aşiq olması iddiası artıq mifə çevrilir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada aparılan tədqiqatlar insanın eyni anda bir neçə şəxsi sevə biləcəyini sübuta yetirib. Tədqiqatçılar aşiq olan zaman orqanizmdə dofamin və oksitosin hormonlarının ifrazının artdığını, nəticədə insanın zövq, şəhvət və həyəcan hisslərinin yüksəldiyini bildiriblər.

Onların fikrincə, əgər insanın bütün fiziki və mənəvi ehtiyacları təmin olunursa, onun sevgilisindən kənar bir şəxsə aşiq olması qeyri-mümkündür. Ancaq psixoloji bir boşluq yaşayan insanlar eyni anda ikinci, hətta üçüncü insanı da sevə bilər.

Araşdırmaçılar cəmiyyətin formalaşması nəticəsində "tək partnyorluq" anlayışının da dəyişdiyini də diqqətə çatdırıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.