Maraqlı

“YouTube”da yeni dövr: Videonu dayandırdığınız zaman reklam göstərəcək

14 Sentyabr 2024 20:01
Baxış: 688
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çox reklam göstərdiyi üçün istifadəçilər tərəfindən tənqid edilən "YouTube" reklam sayını artırmaq qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq bundan sonra videonu dayandıran istifadəçilərə də reklam göstəriləcək.

Dünyanın ən məşhur video paylaşma şəbəkəsi olan "YouTube" son vaxtlar reklam gəlirlərini artırmaq üçün yeni yollar axtarır.

"YouTube Premium" abunəçilərinə heç bir reklam göstərməyən platforma pulsuz abunəçiləri reklamlarla doldurmağa başlayıb.

"Google"un istifadəçiləri hiddətləndirəcək bu reklam strategiyasının əsas məqsədi isə istifadəçilərin ödəniş edərək "YouTube Premium"a keçməsinə nail olmaqdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.