Maraqlı

"Toyota Prius" Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

13 Sentyabr 2024 10:05
Baxış: 5 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Toyota Prius" ABŞ-nin bir sahilindən digər sahilinə səyahət zamanı ən az yanacaq sərf edən hibrid avtomobil kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, avtomobili 5168.7 kilometrlik marşrutla Los-Ancelesdən Nyu-Yorka gedən amerikalı Ueyn Qerdes idarə edib. Məsafə üzrə orta yanacaq sərfiyyatı 100 kilometrə 2.525 litr təşkil edib.

"Belə bir rekordu vurmaq üçün plan lazımdır. Sadəcə sükan arxasına keçib maşın sürmək olmaz. Eyni zamanda, tez işləməyi bacarmalısınız, vəziyyət dəyişərsə, başqa plana keçməli və marşrutu dəyişməlisiniz" , - Qerdes qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.