“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısını hazırlayıb.
Siyahıya əsasən, "Azərlotereya" ölkə üzrə ən çox vergi ödəyən 100 vergi ödəyicisi arasında 16-cı yerdə qərarlaşıb. Qeyri-neft sektoru üzrə isə "Azərlotereya" 6-cı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi yönündə verdiyi töhfəni bir daha nümayiş etdirib.
"Azərlotereya" 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyib. Bu göstərici əvvəlki illə müqayisədə artım nümayiş etdirir. Belə ki, şirkət 2024-cü ildə 92,4 milyon manat vergi ödəyərək ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi çıxış etmişdi.
Son illər fəaliyyətini daha da genişləndirən "Azərlotereya" yalnız oyun sənayesinin inkişafına və istehlakçı maraqlarının qorunmasına deyil, həmçinin ölkə iqtisadiyyatına, çox sayda insanın işlə təmin etməklə əmək bazarının inkişafına və dövlət büdcəsinin formalaşmasına, o cümlədən sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə mühüm töhfə verir. Şirkətin dövlət büdcəsinə ödədiyi yüksək məbləğdə vergilər, idmanın inkişafına ayrılan vəsait və büdcəyə ödənən digər məcburi ödənişlərlə iqtisadi sabitliyin güclənməsinə və müxtəlif sahələr üzrə inkişaf layihələrinin həyata keçirilməsinə dəstək göstərir.
"Azərlotereya" bundan əlavə ölkədə idmanın inkişafı və xeyriyyə mədəniyyəti və sosial layihələrin həyata keçirilməsi istiqamətində aktiv rol oynayır. Şirkət "Misli Premyer Liqası" başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bundan əlavə, Qarabağın sosial-iqtisadi inkişafına və "Əmanətə sədaqət" layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır.
"Azərlotereya" bundan sonra da şəffaf və məsuliyyətli fəaliyyət prinsiplərinə sadiq qalaraq ölkə iqtisadiyyatına, idmanın inkişafı və sosial layihələrin icrasına töhfə verməyə davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - FOTO
-
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
-
2 günə 50 minə yaxın izləyici itirdilər
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ
-
Naxçıvanda maşın aşdı
XƏBƏR LENTİ
-
AFFA-dan “Qarabağ”a ağır cəza
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - FOTO
-
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
-
2 günə 50 minə yaxın izləyici itirdilər
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ
-
Naxçıvanda maşın aşdı
-
İran BƏƏ-yə raket və PUA hücumu etdi - Yaralananlar var
-
“Sevinən tərəf olmaq istəyirik”
-
Bu "Samsung" modellərinin dövrü başa çatdı - Dəstəyi dayandırır
-
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb - FOTO
-
Sürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi
-
Mayın 12-də Milli Məclisdə vacib qərarlar VERİLƏCƏK
-
Rusiya yeni əraziyə daxil OLDU
-
Lombardlardan istifadə edənlərə XƏBƏRDARLIQ - Qızılınız dəyişdirilə BİLƏR
-
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb - YENİLƏNİB
-
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və “AI Şəkildən Videoya” funksiyasına sahib 600 seriyası - FOTO
-
Lukaşenko Moskvaya getdi
-
Rusiyada daha bir neft emalı zavodu VURULDU
-
Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib - FOTO
-
Sabah Bakının bu rayonunda qaz OLMAYACAQ
-
Bu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
-
Əməkdar artist klipi üçün 20 kq ARIQLAYIB: 57 kiloya düşüb - FOTO
-
Məhkəmə Timoşenko ilə bağlı gözlənilməz qərar verdi





